Utziq də "Qəbələ"ni tərk etdi - RƏSMİ
Daha bir futbolçu “Qəbələ”ni tərk edib. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rafael Utziqlə başa çatan müqavilənin müddəti yenilənməyib.
2020-ci ilin yayından “qırmızı-qara” formanı geyinən braziliyalı futbolçu üç mövsüm ərzində 94 oyun keçirib. O, bu görüşlərdə 18 qol vurub.
Qeyd edək ki, 26 yaşlı hücumçu hələ ötən mövsüm “Qəbələ”dən ayrılmaq istəyirdi. O, hətta komandanın Antalyadakı təlim-məşq toplanışında da iştirak etməmişdi.







