Van Daykın A Seriyası variantı
“Liverpul”un kapitanı Vircil van Dayk karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Milan” niderlandlı müdafiəçinin xidmətində maraqlıdır.
35 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan “Milan” yayda azad agent statusunda olacaq təcrübəli məzrkəz müdafiəçisini heyətinə qatmaq variantını nəzərdən keçirir.
Qeyd edək ki, Vircil van Dayk cari mövsümdə “Liverpul”un heyətində büütün turnirlərdə 6 rəsmi matçda meydana çıxıb.







