featured-image-17179

“Hər qələbə sevindiricidir. Yığmanın son 4 oyunda uduzmaması futbolçulara inamı qaytarır. Əminəm ki, milli komanda növbəti matçlarda da öz qələbəsi ilə azarkeşləri sevindirəcək”.

Bunu Msport.az saytına açıqlamasında “Sumqayıt”ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov Azərbaycan millisinin səfərdə Moldovaya 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq oyunu barədə danışarkən deyib.

Yığmanın sabiq hücumçusu bildirib ki, bu nəticəyə görə bəzi səhvlərə göz yummaq olar: “Səhvlər analizlərdən sonra üzə çıxır. Oyunda hansısa boşluqlar ola bilər. Amma qələbə qələbədir. İnanıram ki, məşqçilər heyəti bunu görür və ən qısa zamanda aradan qaldıracaq. Amma maraqlı, mübarizəli oyun oldu. İnkişaf etmək üçün imkanımız və potensialımız var”.

Cavadovun sözlərinə görə, qələbəyə baxmayaraq, yığma eyforiyaya qapılmamalıdır: “Yoldaşlıq görüşlərində qalib gələ bilərik. Önəmli olan seçmə mərhələdə göstərdiyimiz nəticələrdir. Amma bu cür zəfərlər komandaya ruh yüksəkliyi gətirir, irəli getməyə və müsbət ab-havanı qoruyub-saxlamağa imkan verir”.

Bənzər xəbərlər