featured-image-20255

“Neftçi” Antalyadakı təlim-məşq toplanışında bu gün Macarıstanın “Vaşaş” klubu ilə bərabərə qalıb – 1:1. Msport.az xəbər verir ki, oyundan sonra Macarıstan təmsilçisinin baş məşqçisi Elemer Kondas klubun rəsmi saytına fikirlərini bildirib:

“Gözəl qol vuran Neftçi”yə qarşı yaxşı oyun keçirdik. Hər iki hissədə məşqdə yerinə yetirdiyimiz elementləri göstərə bildik. Sevinirəm ki, ilk yarıda və fasilədən sonra çoxlu qol vəziyyətləri yaratdıq. Lakin şansları dəyərləndirməkdə problemlər oldu. Qapıçılarımızın birinci hissədə demək olar ki, işi olmadı. Rəqibin qolkiperi isə bir neçə dəfə komandasını xilas etdi. Bir neçə gözəl an yaşanan oyundan razı qaldım”.”

“Vaşaş”ın hücumçusu David Zimonyi  də oyunla bağlı danışıb: “Düşünürəm ki, ilk oyunla müqayisədə yaxşı çıxış etdik. Mən də komanda yoldaşımın ötürməsindən sonra topu uzaq küncə vuraraq fərqlənə bildim. Biz Bakı komandasının çox yaxşı güc nümayiş etdirdiyini gördük. Lakin oyundakı epizodlarımıza əsasən deyə bilərəm ki, matçı kökündən dəyişə bilərdik”.

Bənzər xəbərlər