featured-image-80264

“Qarabağ”ın UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya Birinci Liqasında növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda 14-cü turun matçında öz meydanında “Fylkir”lə qarşılaşıb.

Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Vestri”nin qollarını 49-cu dəqiqədə Tordur Haftorsson və 85-ci dəqiqədə penaltidən Qunnar Hauksson vurublar.

Bu məğlubiyyətdən sonra “Vestri” 14 oyundan sonra 21 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Reykyavikdə keçiriləcək “Vestri” – “Qarabağ” oyunu iyulun 16-da, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İlk matçda “Qarabağ” 3:0 hesabı ilə qələbə qazanıb.

Bənzər xəbərlər