“Viktoriya”nın futbolçusu: “Bu, böyük motivasiyadır”
Çexiyanın “Viktoriya” (Plzen) komandasının yarımmüdafiəçisi Erik Yirka UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Msport.az xəbər verir ki, Slovakiya Futbol İttifaqının rəsmi saytına müsahibə verən 25 yaşlı vinger çox yaxşı heyətlərinin olduğunu bildirib:
“Qarabağ”la matçların nəticəsinə təsir etmək imkanımın olması mənim üçün böyük motivasiyadır. Hər kəs qrup mərhələsinə yüksəlmək üçün əlindən gələni edəcək. Komandanın avrokuboklarda çıxış etməsi mənim buraya gəlməyimdə böyük rol oynayıb. Hər klubun Çempionlar Liqasının qrupunda oynamaq imkanı yoxdur. Lakin qrup mərhələsinə vəsiqə qazanmaq asan olmayacaq”.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.