“Viktoriya” “Qarabağ”la oyuna bu heyətlə çıxacaq
“Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Plzen) ilə qarşılaşacaq. Msport.az xəbər verir ki, Çexiya mətbuatı Mixail Bilekin komandasının meydana hansı heyətlə çıxacağını müəyyənləşdirməyə çalışıb.
“Viktoriya”nın ehtimal start “onbirliyi”nin belə olacağı iddia edilir:
Yindirjix Stanek – Milan Havel, Ludek Pernitsa, Vatslav Yemelka, Pavel Buxa – Yan Kopiç, Yan Sikora, Con Moskera – Tomaş Çorı.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.