Vinisius hansı kluba keçir?
“Real”ın braziliyalı hücumçusu Vinisius Junior mövsümün sonunda Madrid klubundan ayrılmaq qərarını qətiləşdirib.
Msport.az xəbər verir ki, futbolçu “Santyaqo Bernabeu”da onu dəfələrlə fitə basan bəzi azarkeşlərin münasibətindən ciddi şəkildə məyus olub.
Vinisiusun artıq mövqeyini yaxın ətrafına və menecerinə bildirib: “İstəmədiyim yerdə oynamaq istəmirəm”.
Futbolçunun vəziyyəti bir sıra Avropa nəhəngləri tərəfindən diqqətlə izlənilir. Xüsusilə, “Çelsi” braziliyalı oyunçu ilə ciddi maraqlanır və mümkün transferi reallaşdırmağa can atır. Londonlular onun uğrunda mübarizədə favorit göstərilir. Vinisiusun “Real”la müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.
Qeyd edək ki, Vinisius bu mövsüm Madrid klubunda bütün turnirlərdə 29 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.







