Vladislav Kulaç "Zirə"də "siftə" etdi
Vladislav Kulaç Azərbaycan Premyer Liqasında ilk qolunu vurub. Msport.az xəbər verir ki, ukraynalı futbolçu “Zirə” – “Səbail” matçında hesabı açıb.
29 yaşlı hücumçu “Zirə”nin heyətində 4-cü oyunda fərqlənə bilib.
Qeyd edək ki, vaxtilə Kiyev “Dinamo”su, “Honved” (Macarıstan), “Eksişehirspor” (Türkiyə), “Vorskla”, “Mariupol” kimi klublarda çıxış etmiş forvard “Zirə”yə gələn kimi zədələndiyindən uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.
AYXAN







