Xabi Alonso klubunda xoşbəxtdir
Xabi Alonso Almaniyanın “Bayer 04” klubunda xoşbəxt olduğunu bildirib.
Msport.az “Liverpool Echo” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis Leverkuzen təmsilçisindəki işindən həzz aldığını deyib.
“Biz indi Leverkuzendə sıx, lakin gözəl bir səyahətdəyik və mən oyunçularımı növbəti matça hazırlamaq üçün mümkün olan hər şeyi etməyə çalışıram”.
Qeyd edək ki, “Bayer 04” Avropa Liqasının 1/8 final mərhələsində iki oyunun nəticəsinə əsasən “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 2:2. 3:2.