Xabi Alonso Premyer Liqa yolunda
“Tottenhem” baş məşqçi vəzifəsinə Xabi Alonsonu təyin etməkdə maraqlıdır.
Msport.az xəbər verir ki, Alonsonun karyerasını davam etdirmək üçün digər variantları nəzərdən keçirməyə hazır olduğu bildirilib.
Daha əvvəl mütəxəssislə “Ayntraxt”ın da maraqlandığı qeyd olunmuşdu.
Qeyd edək ki, Xabi Alonso yanvarın 12-də “Real”ın baş məşqçisi postundan istefaya göndərilib. “Tottenhem” hazırda 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.







