featured-image-16899

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 14-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gəncədə oynamaq xoşdur. Gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşləri yaxşı ab-hava yaratmışdı. Ağır qrafikdə idik. Oyunların yorğunluğundan əlavə çoxlu zədəlilərimiz var. Bu gün risk etdik. Bəziləri yenidən zədələnə bilərdi. Oyunun mahiyyətini bilirdik. Bizə xal lazımdır. Aşağı pillələrdəki rəqiblər yaxınlaşır. Mübarizəli matç oldu. Belə oyunlarda epizodlar az olur. Məncə, yaxşı 1 xal qazandıq. Çünki fərqi qoruya bildik. Fasilədə futbolçularımızın geri qayıtmasına çalışacağıq. Meydanda istədiyimiz oyunu görməyə başlayırıq. Qarşıdakı oyunlara baxacağıq.

Şəhriyar Əliyev 3 matçdır, ağrı ilə oynayır. Həmişə qoruyurduq. Bu gün onu daha uzunmüddətli itirə bilərdik. Belə oyunda stopperi çıxarmaq böyük riskdir. Müayinədən sonra durumuna aydınlıq gələcək.

Son matçlarda “Kəpəz” xallar qazanır. Həm “Neftçi”, həm “Səbail”lə ev oyununda yaxşı çıxış ediblər. Çempionatda asan oyun yoxdur. Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır. “Kəpəz”in çevriliş etmək istəyəcəyini bilirdik. Qalib gəlsəydilər, yaxınlaşırdılar.

Konkret qarşımıza xal hədəfi qoya bilmirik. Bu, bir az çətindir. Gələcəkdə daha büdcəli olsaq, geniş heyətlə daha yaxşısına nail olmaq olar. 4 xal yığa biləcəyimizi fikirləşirdik. “Şamaxı” ilə matçda da 1 xal olsaydı, daha yaxşı olardı.

Fasilə oyunçuların zədədən qayıtması üçün önəmli olacaq. İki cəbhədə oynamaq çətindir. “Şamaxı” ilə oyunda tam “Turan Tovuz”u görmək istəyirəm”.

Bənzər xəbərlər