featured-image-51368

Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges formasını geyindiyi “San-Paulu” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edəcək.

Msport.az xəbər verir ki, məlumatı şəxsi “X” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 33 yaşlı oyunçu Avropaya qayıtmaq istəyir.

Xames Braziliya təmsilçisinə ötən ilin iyul ayında azad agent statusu ilə qoşulub. Onun “San-Paulu” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriges son Amerika Kubokunun ən yaxşı oyunçusu olub. Onun komandası ABŞ-də keçirilən turnirin finalında Argentinaya 0:1 hesabı ilə uduzub.

Bənzər xəbərlər