featured-image-27898

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Tağızadə İravanda dövlət bayrağımızının yandırılması ilə bağlı bəyanat verib. Msport.az xəbər verir ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayrağımız yandırılıb.

“Ermənistanda Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik.

Bu cür nifrət hərəkətinə qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir. Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır! – Tağızadə tviterdə belə yazıb.

Bənzər xəbərlər