featured-image-21394

Xorvatiya mətbuatı: Emrelinin xroniki zədəsi var

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin belində xroniki zədə var.

Msport.az xəbər verir ki, bu iddianı Xorvatiya mətbuatı yayıb.
Bildirilib ki, 26 yaşlı hücumçunun belindəki problemə görə tez-tez sıradan çıxması məhz zədənin ciddiliyi ilə bağlıdır.

Qeyd edək ki, Mahir Emreli ötən ilin əvvəlində “Dinamo”ya keçib.

Bənzər xəbərlər