Xulian Alvares üçün yeni variant
“Arsenal” “Atletiko Madrid”in argentinalı hücumçusu Xulian Alvares üçün yanvar transfer pəncərəsində yenidən hərəkətə keçə bilər.
Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu Madrid klubunda uzun müddət qalmaqdan narazıdır və “Arsenal”a keçid variantını ciddi şəkildə nəzərdən keçirməyə başlayıb.
Alvares yay transfer pəncərəsində də London klubunun əsas hədəflərindən biri olub. Lakin argentinalı hücumçunun əsas istəyi “Barselona”ya keçmək idi.
Kataloniya klubunun Alvares üçün 100 milyon avroluq təklif etdiyi, lakin “Atletiko Madrid”in bu təklifi rədd etdiyi bildirilir. Madrid klubu argentinalını “Barselona”ya satmaq niyyətində olmadığını açıq şəkildə bildirib.
Bu vəziyyət “Arsenal”ın şanslarını artırıb. Məlumata görə, London klubu yanvarda Xulian üçün yenidən danışıqlara başlamağa hazırdır. Hətta “Arsenal”ın transferi asanlaşdırmaq üçün Viktor Dyökereş və ya Noni Maduekeni sövdələşməyə daxil etməyi nəzərdən keçirə biləcəyi qeyd olunur.
Alvaresin də “Arsenal”a keçidə artıq daha müsbət yanaşdığı bildirilir.







