featured-image-82769

PSJ-nin hücumçusu Usman Dembele komanda yoldaşı Xviça Kvaratasxeliyanın “Qızıl top”a layiq olduğunu bildirib.

Msport.az xəbər verir ki, ötən il “Qızıl top”u qazanan Fransa millisinin üzvü belə deyib:

“Mənim üçün Kvara dünyanın ən yaxşı oyunçusudur. O, “Qızıl top”u qazansaydı, çox şad olardım. Çünki o, buna layiqdir.

Kvaratsxeliya möhtəşəm mövsüm keçirdi. O, “Qızıl top”u almağa layiqdir”.

Qeyd edək ki, Gürcüstan millisinin lideri ötən mövsüm Çempionlar Liqasında mövsümün ən yaxşı futbolçusu seçildi. O, bu turnirdə 16 oyunda 10 qol vurdu və 7 məhsuldar ötürmə verdi.

Bənzər xəbərlər