Yassin Benzya “Qarabağ”a keçidi haqda: “Çox xoşbəxtəm”
“Qarabağ”ın yeni transferi Yassin Benzya Ağdam klubuna transferi ilə bağlı təəssüratlarını bölüşüb.
Msport.az-ın məlumatına görə, Əlcəzair əsilli fransalı hücumameylli yarımmüdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.
“Qarabağ” kimi böyük komandaya qoşulmaqdan çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm”, – 29 yaşlı vinger yazıb.
Qeyd edək ki, Fransanın “Dijon” klubundan transfer edilən Yassin Benzya ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.