"Yavaş-yavaş formaya düşürəm" - Eddi İsrafilov
“Neftçi”nin futbolçusu Eddi İsrafilov klubun televiziyasına açıqlama verib. Msport.az xəbər verir ki, millimizin üzvü hələ formasını tam bərpa etmədyini deyib:
“Tam formaya düşmək üçün daha da artırmalıyam”.
Eddi Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Şamaxı” ilə matça yaxşı hazırlaşdıqlarını bildirib: “Hər şey öz qaydasındadır. Mən dı hiss edirəm ki, yavaş-yavaş formaya düşürəm. Futbolda zədələr olur. Buna alışmalıyıq. Komanda bir oyunçudan asılı ola bilməz. Komanda oyunu sayəsində qarşıdakı matçlarda uğur qazanmağa çalışacağıq”.
ANAR ABDULLAYEV