featured-image-51503

Almaniyada təşkil olunan Avropa çempionatından sonra yeddi federasiya cərimə olunub.

Msport.az xəbər verir ki, bu barədə UEFA qərar çıxarıb.

Qitə futbol qurumu Albaniya, Macarıstan, Avstriya, Sloveniya, Rumıniya, Xorvatiya və Serbiya futbol federasiyalarına cəza kəsib.

Adıçəkilən yığmaların azarkeşlərinin irqçi/ayrı-seçkilik davranışı federasiyalara baha başa gəlib. Albaniya, Macarıstan, Sloveniya və Serbiya federasiyaları 30 min avro cərimələnib. Avstriya Futbol Federasiyası 20 min, Rumıniya Futbol Federasiyası 40 min, Xorvatiya Futbol Federasiyası 50 min cərimələyə məruz qalıb.

Qeyd edək ki, AVRO-2024-ün qalibi İspaniya millisi olub.

Bənzər xəbərlər