featured-image-33460

“Neftçi”nin belaruslu hücumçusu Yeqor Boqomolski “Parı Premyer” turnirində qarşılarına yeni mövsümə hazırlaşmaq məqsədləri qoyduqlarını deyib.

Msport.az xəbər verir ki, 23 yaşlı forvard “Matç tv”yə açıqlama verib:

“Bu yarışda həm məşqçinin, həm də komandanın məqsədi xətlərarası əlaqəni daha da yaxşılaşdırmaq, fiziki cəhətdən yeni mövsümə hazır olmaqdır. Həm də avrokuboklara hazır vəziyyətdə getmək istəyirik. İstərdik ki, nəticə də olsun, amma birinci növbədə komanda oyununu inkişaf etdirmək haqqında düşünürdük.

“Srvena Zvezda” ilə oynamağımız doğru addım idi. Belqrad klubu Çempionlar Liqasının qrupunda çıxış edəcək, top-klubdur. Göründü ki, onlar həm fiziki, həm də taktiki baxımdan daha hazrlıqlıdırlar.

Yeni məşqçilər korpusu? Biz hələ təzə tanış olmuşuq, cəmi bir məşq olub (açıqlama “Fənərbaxça” ilə oyundan əvvəl verilib – red.). Məşqçilər öz tələblərini elan elədilər, iş prosesini göstərdilər, çalışacağıq onlara riayət edək. Yeni məşqçilər korpusu gələndə özünü yaxşı tərəfdən göstərməyə çalışırsan. Hər epizodda tam gücünlə mübarizə aparırsan”.

AYXAN

 

Bənzər xəbərlər