featured-image-74524

Antuan Semenyo “Mançester Siti”də rekordu təkrarlayıb.

Msport.az xəbər verir ki, cinah oyunçusu buna “Tottenhem”lə heç-heçə etdikləri (2:2) XXIV turun matçında fərqlənməklə nail olub.

Qanalı forvard “şəhərlilər”in heyətində dördüncü qolunu vurub. 26 yaşlı vinger İngiltərə Premyer Liqasının yaranmasından (1992/1993) sonra bütün yarışlarda “Mançester Siti”də ilk beş qarşılaşmanın dördündə qol vuran ikinci oyunçudur.

Əvvəllər yalnız toqolu Emmanuel Adebayor 2009-cu ildə bunu bacarıb.

Qeyd edək ki, Antuan Semenyo yanvarın 9-da Mançester təmsilçisinə keçib.

Bənzər xəbərlər