featured-image-16976

“Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan milli komandasına dəvət almamasına münasibət bildirib.

Msport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi yığmada olmadığı üçün üzüldüyünü söyləyib:

“Milli komandaya uğurlar arzulayıram. Bu, həm mənim, həm bizlərin komandasıdır. Hər zaman uğur qazanmasını istəmişik, bir futbolçu kimi buna çalışmışıq. Nə qədər alınıb-alınmadığını azarkeşlər deyər. Milliyə dəvət almamağım mənim üçün üzücü haldır. Bir idmançı kimi yığmada olmamağımla heç vaxt razı olmayacağam. Amma artıq bu məsələ ilə bağlı danışılacaq bir şey yoxdur. Baş məşqçidir, çağırmayıb, yenə də öz qərarında qalıb. Danışılacaq xüsusi bir hal, element yoxdur. Hər kəsə uğurlar arzulayıram. Ümid edirəm ki, uşaqlar zədəsiz öz klublarına qayıdarlar”.

Bənzər xəbərlər