Yığmamızın Almaniyadakı turnir üçün heyəti
Atıcılıq üzrə Azərbaycan millisinin Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi “2024 H&N Kuboku” üçün heyəti müəyyənləşib.
Azərbaycan Atıcılıq Federasiyasından Msport.az-a verilən məlumata görə, 6-sı kişi, 4-ü isə qadın atlet olmaqla, İradə Aşumova və Xanım Astanovanın rəhbərliyi altında Elvin Astanov, Üzeyir Tapdıqlı, Rəsul Məmmədov, Ramiz Xəlilov, İmran Qarayev, Vladislav Kalmıkov, Xanna Əliyeva, Nəzrin Abbaslı, Leyli Əliyeva və Zeynəb Sultanova pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, “2024 H&N Kuboku” 23-28 yanvarda baş tutacaq.