featured-image-25692

AÇ-2024-ün seçmə mərhələsində ilk iki oyununu Belçika və Azərbaycan millilərinə qarşı keçirəcək İsveç yığmasının heyətində dəyişiklik edilib.

Msport.az xəbər verir ki, müdafiəçi Joel Andersson iştirak ərizəsindən çıxarılıb. Buna Danimarkanın “Midtyulland” klubunun formasını geyinən futbolçunun ölkə çempionatının 21-ci turunda “Lyunqbyu” (1:3) ilə görüşdə zədələnməsi səbəb olub. Baş məşqçi Yanne Andersson onun əvəzinə Polşanın “Poqon” klubunda çıxış edən Linus Valkvistə dəvət göndərib.

Xatırladaq ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

Bənzər xəbərlər