featured-image-27621

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin “Olimpiakos” və AEK komandaları arasında Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununa yenidən təyinat alması yerli futbol ictimaiyyətində böyük narazılığa səbəb olub.

Msport.az xəbər verir ki, jurnalist Kostas Nikolakopulos Hakimlər Komitəsinin (HK) bu addımını izah etməkdə çətinlik çəkdiyini söyləyib:

“Bu təyinat üçün deyiləsi çox söz yoxdur. İlk matçdakı nəticəni nəzərə alsaq, cavab görüşü o qədər maraq doğurmaya bilər. Amma düşünək ki, sabah hansısa futbolçu qırmızı vərəqə alsa, iki komanda arasında növbəti çempionat oyununu buraxacaq”.

Digər jurnalist Dionis Verveles isə bu təyinata görə HK-nı “banda” adlandırıb: “Ağayevə söz vermişdilər ki, bu oyunu sən idarə edəcəksən. Sonra qatar faciəsi oldu, görüş haqlı olaraq təxirə salındı. Üstündən xeyli vaxt keçsə də, hakimlər briqadası dəyişdirilmədi. Bizi inandırmaq üçün deyə bilərlər ki, daha çox pul ödəməmək üçün yenidən azərbaycanlı hakimə dəvət göndəriblər. Amma səbəb başqadı. Ağayev istədikləri şəxs idi və oyuna təyinat almalıydı”.

Qeyd edək ki, qarşılaşma aprelin 12-də keçiriləcək.

Bənzər xəbərlər