featured-image-3276

“Premyer Liqaya təkcə bu iki klub qayıtmalı deyil. Zaqatalada, Lənkəranda komanda var. Hansı bölgədə infrastruktur varsa, oranın komandasını Premyer Liqaya buraxmaq lazımdır ki, çempionat maraqlı keçsin”.

Msport.az xəbər verir ki, bu sözləri futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, oyunlarda azarkeş amilinin böyük rol oynadığını və buna görə də Premyer Liqada bölgə klublarının sayının artırılmalı olduğunu qeyd edib:

“İndi görəcəksiniz ki, Gəncədə, Tovuzda oyunlara nə qədər azarkeş gəlir. Elə azarkeşlərin qarşısında futbolçunun məsuliyyəti beşqat artır. Boş stadionda futbolçu da rahat olur, oyununda artım olmur”.

“Karvan”, “Xəzər Lənkəran” və “Keşlə”ni çalışdırmış 57 yaşlı mütəxəssis adının “Turan Tovuz”la hallanmasına da münasibət bildirib: “Hələ ki, elə bir şey yoxdur. Məmnuniyyətlə “Turan Tovuz”da işləyərəm. Niyə olmasın ki? Dəqiq bir şey yoxdur. Mənimlə danışıq olmayıb. Olar, İnşallah. Olsa, nə gözəl, olmasa da, canları soğ olsun. Bilirsiniz ki, indi işsiz məşqçilərimiz çoxdur. Mən də 1 il 6 aydır, işləmirəm. Gözləyək, görək necə olur.

Yunis Hüseynov “Turan Tovuz”un büdcəsinin az olmayacağından da xəbərdardır: “İndi belə yazırlar. Amma məncə, klubun büdcəsi az olmayacaq, normal olacaq”.  (Qol.az)

Bənzər xəbərlər