featured-image-32669

İsveçin “Yurqarden” klubunun idman direktoru Bosse Andersson Musa Qurbanlının mümkün keçidinə münasibət bildirib.

Msport.az xəbər verir ki, klub rəsmisi “Varberq”ə 2:0 hesabı ilə qalib gəldikləri çempionatın XIII tur oyunundan sonra bu barədə “Football” telekanalına açıqlama verib.

Andersson millimizin hücumçusunun həmin matçı tribunadan izlədiyini deyib: “O, burada idi. Matça baxırdı. Bu isə o deməkdir ki, bizim danışığımız var. Musa haqqında yaxşı təəssürat yaranıb. Çox qol vuran, millidə və “Qarabağ” klubunda çıxış edən hücumçudur”.

Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən “Qarabağ”ın əsas komandasındadır. Onun Stokholm təmsilçisi ilə üçillik müqavilə imzalayacağı gözlənilir.

Bənzər xəbərlər