featured-image-26574

Avstriya ilə Avro-2024-ün seçmə oyununda (1:4) debüt edən Yusif İmanov İsveçlə matçda ehtiyatda qaldı.

Msport.az xəbər verir ki, “Sabah”ın 20 yaşlı qapıçısı Azərbaycan yığmasının formasını geyindiyi üçün şad olduğunu deyib. O, sosial şəbəkədə bununla bağlı paylaşım edib:

“Qələbə qazana bilməsək də, bu formaya qovuşmaq, vətəni təmsil etmək çox gözəl hissdir”.

Qeyd edək ki, Avstriya ilə görüşdə millimizin qapısını Yusif qorusa da, De Byazi İsveçlə matçda Emil Balayevə şans vermişdi.

AYXAN 

 

Bənzər xəbərlər