featured-image-74532

“Yuventus” Mauro İkardini transfer etmək üçün “Qalatasaray”la ilkin təmaslara başlayıb.

Msport.az xəbər verir ki, Turin təmsilçisinin 31 yaşlı forvard üçün 1,5 illik müqavilə təklifi hazırladığı bildirilir.

“Qalatasaray” rəhbərliyi mümkün ayrılığa prinsip etibarilə müsbət yanaşır. Lakin İkardinin yüksək maaş tələbi danışıqların sürətlənməsinə mane olur. Futbolçunun “İnter”dəki sabiq baş məşqçisi Luçano Spalletti onu yenidən komandasında görmək istəyir.

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”da keçirdiyi dörd mövsüm ərzində 116 oyunda 71 qol vurub, 24 məhsuldar ötürmə edib. Argentinalı hücumçu İstanbul klubunun heyətində üç dəfə Türkiyə Superliqası, həmçinin Türkiyə Kuboku və Türkiyə Superkubokunu qazanıb.

Bənzər xəbərlər