Zabitser və Alaba millimiz üzərində qələbədən danışdılar
Avstriya yığma komandasının üzvləri – kapitan Marsel Zabitser və David Alaba AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh ediblər.
Rekord.az xəbər verir ki, onlar 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyiblər:
Marsel Zabitser: “Görüşün əvvəli istədiyimiz kimi alınmasa da, sonradan öz oyunumuzu tapdıq. Seçmə mərhələyə 4:1 hesablı qələbə ilə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz. Rahat qələbə qazandığımız üçün çox şadam. Amma rəqibin də güclü tərəfləri var. Fikrimcə, üzərimə düşən vəzifəni yerinə yetirə bildim.
nəticədən razı qaldığını bildirib”.
David Alaba: “Bu matç bizə müsbət impuls verdi. Komanda yoldaşlarımı kənardan izləmək çox əyləncəli idi. Özümüzü meydanda məhz bu cür təsəvvür edirdik. Çalışdım ki, komandanı dəstəkləyim, onları ruhlandırım. Hesab 3:1 olduqdan sonra bunun bizi dəli etməsinə imkan vermədik, konsentrasiyanı itirmədik”.