“Zaqatala”nın futbolçusuna 4 oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, iclasda I Divizionun XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə-2” – “Qəbələ-2” oyununda “Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“Zaqatala” – “Neftçi-2” oyunundan əvvəl Peşəkar Futbol Liqasının himni səsləndirilmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilib. “Zaqatala”nın futbolçusu Valeh Qəhrəmanlı görüşün 60-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb, klubu 320 manat cərimə edilib.
“Kəpəz-2” – MOİK oyununda MOİK-in futbolçusu Rüstəm Rüstəmov görüşün 86-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalanıb, klubu 160 manat cərimə edilib.
“Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.
“İmişli” – “Qaradağ Lökbatan” oyununda “İmişli”nin 5 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın məşqçisi Rafael Əmirbəyov meydançaya daxil olaraq baş hakimə kəskin şəkildə etiraz etdiyindən birbaşa qırmızı vərəqə ilə cəzalandığına görə 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib.