featured-image-16315

AFFA, PFL və Misli Premyer Liqasında mübarizə aparan klubların əməkdaşlarından ibarət komandaların iştirakı ilə təşkil olunan “Zəfər” turnirinə yekun vurulub.

Msport.az xəbər verir ki, turnirin ilk yarımfinal oyununda “Turan Tovuz” üzərində 5:2 hesablı qələbə qazanan “Neftçi” finala vəsiqə qazanıb.

Yarımfinalın digər qarşılaşmasında “Səbail” PFL-i 2:1 hesabı ilə məğlub edib.

Həlledici qarşılaşmada “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Səbail” üçüncü dəfə təşkil olunmuş “Zəfər” turnirinin qalibi olub. PFL isə “Turan Tovuz”u 8:4 hesabı ilə məğlub edərək 3-cü olub.

Qalib komandaya kuboku AFFA-nın baş katibi Sərxan Hacıyev və Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov birlikdə təqdim edib.

Bənzər xəbərlər