featured-image-30912

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin yeni rəisi bəlli olub.
Msport.az xəbər verir ki, bu vəzifəyə cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev təyinat alıb.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Mirəliyev bu postda təqaüdə göndərilən stend atıcılığı üzrə Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Zemfira Meftəhəddinovanı əvəzləyib.
Mirəliyev hazırda Göygöl Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində də çalışır.
Qeyd edək ki, Zemfira Meftahətdinova Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentidir.

Bənzər xəbərlər