"Zenit"lə oyunda zədələnən Aqil Məmmədov xəstəxanadadır
“Neftçi”nin müvəqqəti baş məşqçisi İqor Getman “Zenit”lə oyunda (1:3) zədələnən qapıçı Aqil Məmmədovun durumunu dəyərləndirib.
Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, qolkiperin vəziyyətinin yaxşı olacağına ümid etdiyini bildirib:
“Aqil indi xəstəxanadadır. Tibbi müayinədən keçəcək. Lakin həkimlər deyirlər ki, hər şey normal olacaq”.
Qeyd edək ki, Aqil Məmmədov görüşün sonlarında zədə alıb və o xərəkdə meydanı tərk edib.