featured-image-32436

“Zenit”in 8 futbolçusu Sankt-Peterburqda təşkil olunacaq “Matç TV” turnirinin ilk turunda “Neftçi” ilə oyunu buraxacaq.

Msport.az “bobsoccer.ru” saytına istinadən xəbər verir ki, onlardan 1-i yerli, 7-si isə əcnəbidir.

Belə ki, rusiyalı Daler Kuzyayevlə yanaşı, braziliyalılar – Malkom, Vendel, Robert Renan, Rodriqao, kolumbiyalılar – Matteo Kassierra, Vilmar Barrios və qazaxıstanlı Nurali Alip iyulun 1-də baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcəklər.

“Zenit”in ən yaxşı halda iyulun 9-da Türkiyə klubu “Fənərbağça”ya qarşı keçiriləcək turnirin son tur matçına tam heyətlə iştirak edə biləcəyi deyilir.

 

Bənzər xəbərlər