featured-image-38243

İspaniyanın “Real Madrid” klubu sabiq baş məşqçisi Zinəddin Zidanla danışıq aparır.

Msport.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, 51 yaşlı fransalı mütəxəssis Karlo Ançelottini əvəzləyə bilər.

Daha əvvəl Ançelottinin karyerasını Braziliya millisinin sükanı arxasına keçəcəyi bildirilib.

Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə Madrid təmsilçisinin “sükanı arxasında” olub. O, komanda ilə iki dəfə La Liqanı, eyni sayda ölkə Superkubokunu, üç dəfə isə UEFA Çempionlar Liqasını qazanıb.

Bənzər xəbərlər