“Zirə” autsayderlə oyuna 3 itki ilə çıxacaq
“Zirə” Premyer Liqanın XXX turunda “Səbail”lə keçirəcəyi oyuna itkilərlə çıxacaq.
Klubdan Msport.az-a verilən məlumata görə, üç futbolçu bu qarşılaşmada meydana çıxmayacaq.
Donald Gerye və Məhəmməd Hamdui zədəli, Andriya Lukoviç isə cəzalı olduğu üçün qarşıdakı görüşü buraxacaq. Yeri gəlmişkən, Hamdui təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, aprelin 14-də keçiriləcək “Zirə” – “Səbail” matçı saat saat 17:30-da başlayacaq. Hazırda “qartallar” 38 xalla 5-ci, “dənizçilər” isə 21 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.







