featured-image-20746

“Zirə” Antalyadakı təlim-məşq toplanı çərçivəsində bu gün daha iki yoxlama görüşü keçirəcək.

Msport.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda əvvəlcə Macarıstanın “Seged-Çanad” kollektivi ilə qarşılaşacaq. Oyun saat 13:00-da başlayacaq.

İkinci oyunda isə rəqib “Radniçki” (Serbiya) olacaq. Serblərlə oyun saat 16:30-da start götürəcək.

Xatırladaq ki, “Zirə” daha öncə Rumıniyanın “Kindiya” komandası ilə oyundan 3:2 hesablı qələbə ilə ayrılmışdı.

Qeyd edək ki, “Zirə” sabah Bakıya dönəcək.

Bənzər xəbərlər