"Zirə" daha 4 futbolçu ilə vidalaşdı
“Zirə” dörd futbolçusu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
Müdafiəçilər Ruslan Abışov, Sərtan Taşkın, Donlad Gerye və yarımmüdafiəçi Mohamed Hamdaui ilə müqavilə uzadılmayıb.
Qeyd edək ki, “Zirə” yay fasiləsində Loris Bronyo, Hamidu Keyta, Coşqun Diniyev, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileunu da yola salıb.
Xatırladaq ki, Gerye “Zirə”yə bu ilin yanvarında qoşulmuşdu.







