"Zirə"də itki - Hamdaui zədələndi
Azərbaycan Premyer Liqasının 29-cü turunun “Qəbələ” – “Zirə” oyununda qonaqlar itki ilə üzləşiblər.
Msport.az xəbər verir ki, Muhammed Hamdaui zədələnərək görüşü davam etdirə bilməyib. 23-cü dəqiqədə onun əvəzinə Andriya Lukoviç meydana daxil olub.
Qeyd edək ki, matçda 1-ci hissə gedir, hesab açılmayıb.
AYXAN







