“Zirə” yeni futbolçu ilə anlaşıb.
Msport.az xəbər verir ki,paytaxt təmsilçisi Tiaqo Silvanı heyətinə qatıb. 23 yaşlı qapıçıyla 2+1 illik müqavilə imzalanıb.
Portuqaliyalı futbolçu daha əvvəl ölkəsinin “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.