"Zirə" hücumçusu ilə yollarını ayırdı
“Zirə” daha bir futbolçu ilə yollarını ayrıbı. Msport.az xəbər verir ki, qəsəbə klubu belçikalı Loris Broqno ilə müavilənin müddətini uzatmayıb.
31 yaşlı hücumçu instaqram səhifəsində bu barədə paylaşım edib. O, başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib: “Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”.
Qeyd edək ki, Loris Broqno “Zirə”yə 2021-ci ilin yayında Belçikanın “Beerşot” klubundan keçmişdi.