“Zirə” məğlub oldu
“Zirə” və “Sumqayıt” komandaları milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə ərəfəsində yoxlama oyununda üz-üzə gəliblər.
Msport.az xəbər verir ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutub.
Görüş “Sumqayıt”ın qələbəsi ilə bitib – 1:0. Yeganə qolu 75-ci dəqiqədə penaltidən Kamran Quliyev vurub.
Qeyd edək ki, paytaxt klubu 9 turdan sonra 19 xalla liderdir. Rəqibindən bir oyun az keçirən “gənclik şəhəri” təmsilçisi 11 xalla yeddinci sıradadır.