“Zirə”ni I Liqa klubuna dəyişdi
“Zirə”dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək.
Msport.az xəbər verir ki, “Səbail” 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb.
Qeyd edək ki, Fuad Bayramov karyerası ərzində “Şamaxı” və “Turan Tovuz”un da formasını geyinib.







