featured-image-24230

“Zirə”nin futbolçuları İssa Cibriela və Toni Qomes milli komandaya dəvət alıb.

Msport.az xəbər verir ki, futbolçular müvafiq olaraq Niger və Qvineyu-Bisau millilərinə çağırılıblar.

İssa Cibrielanın şərəfini qoruduğu Niger yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Əlcəzairlə (23 və 27 mart) qarşılaşacaq.

Toni Qomesin çıxış etdiyi Qvineya-Bisau isə Nigeriyaya (24 və 27 mart) qarşı mübarizə aparcaq.

Bənzər xəbərlər