featured-image-53132

“Zirə”nin sabiq futbolçusu Nelson Bonilya karyerasını Malayziyada davam etdirəcək.

Msport.az xəbər verir ki, Salvadordan olan hücumçu “Terenqqanu” ilə anlaşıb.

33 yaşlı forvard son olaraq Tailand təmsilçisi “Sukotai”də çıxış edib.

Qeyd edək ki, N.Bonilya 2015/16 mövsümünü “Zirə”də keçirib. O, Azərbaycan Premyer Liqasında 14 qolun müəllifi olub.

Bənzər xəbərlər