"Zirə" "Qəbələ"dən ayrılan futbolçu ilə anlaşdı - RƏSMİ
“Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb. Msport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Məqsəd İsayevin keçidini həll edib.
28 yaşlı müdafiəçi qarşıdakı 2 ildə qəsəbə klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, İsayev son olaraq “Qəbələ”də çıxış edib. O, buna qədər “Neftçi”, “Şamaxı”, “Sabah” və “Səbail”in də formasını geyib.







