featured-image-30289

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulacaq. Msport.az xəbər verir ki, 4 oyun bazar ertəsi keçiriləcək. Bütün matçlar saat 16:30-da start götürəcək.

Çempionatda qalmaq uğrunda mübarizə aparan “Şamaxı” öz meydanında 4-cü yeri tutmağa çalışan “Qəbələ”ni qəbul edəcək.

“Səbail” səfərdə “Turan Tovuz”la üz-üzə gələcək. “Zirə” bu mövsüm xal ala bilmədiyi “Sabah”ın qonağı olacaq. Çempionluğunu ötən tur  rəsmiləşdirmiş “Qarabağ” isə Suraxanıda “Sumqayıt”la görüşəcək.

Qeyd edək ki, turun ilk oyununda “Neftçi” Qəbələdə “Kəpəz”i 361 hesabı ilə məğlub edib.

22 may (bazar ertəsi)

“Turan Tovuz” – “Səbail” 2:2

Qol: Ş.Əliyev, 2, A.Hüseynov, 48 – F.Mazurek, 73, Q.Zakpa, 90+2
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu, 16:30

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 44. Elçin Qasımov, 83. Hüseyn Hüseynov, 17. Natan Oduva, 24. Divayn Naa.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 27. Emil Martinov, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 88. Matiya Lyuyiç, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.

 

“Şamaxı” – “Qəbələ” 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu
Şamaxı şəhər stadionu, 16:30

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 15. Emin Zamanov, 2. Rauf Hüseynli, 4. Arsen Ağcabəyov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 79. Emil Qasımov.
Baş məşqçi: Vüqar Əsgərli.
Qəbələ: 13. Kristof Atanqana, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

 

Sabah” – “Zirə” 0:0
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”, 16:30

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 19. Con İrasabal.
Baş məşqçi: Murad Musayev.
Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 2. Sertan Taşkın, 66. Pərviz Azadov, 96. Donald Gerye, 9. Loris Broqno, 5. Moiz Adileu, 28. Abbas İbrahim, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov

 

“Qarabağ” – “Sumqayıt” 1:2

Qol: V.İsgəndərli, 33, S.Abdullazadə, 39 – R.Almeyda, 88
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Azersun Arena”, 16:30

“Qarabağ”: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, ,77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 99. Redon Cica

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda. 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 87. Adama Diakabi, 6. Julio Romao, 15. Leandro Andrade

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 23. Kamran Aliev, 12. Todor Todoroski

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 22. Dieqo Karioka, 7. Terrens Tisdel

Baş məşqçi: Samir Abasov

 

 

Bənzər xəbərlər