featured-image-33925

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün son yoxlama oyununu keçirəcək. Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Tanzaniya təmsilçisi “Simba” ilə qarşılaşacaq.

Bolu şəhərindəki “Vonresort” otelin meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq..

Xatırladaq ki, “Zirə” daha əvvəl Türkiyənin “Fatih Karagümrük” komandası ilə qolsuz heç-heçə edib. Qəsəbə təmsilçisi Bakı Azərbaycanın Premyer Liqasının I turunda “Qarabağ”ın qonağı olacaq.

Bənzər xəbərlər